Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Xocavənd rayonunda silsilə tədbirlər keçirilib. Rayonun idarə müəssisə və təşkilatlarında mədəniyyət müəssisələrində, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə böyük rəhbərin xatirəsi məhəbbətlə anılıb, onun Vətən və xalq qarşısında əvəzolunmaz xidmətləri yüksək dəyərləndirilib.
Mayın 10-da Xocavənd Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib.Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar rayonda keçirilən ağacəkmə aksiyasına mütəşəkkilliklə, böyük həvəslə qatılan rayon ictimaiyyətinin nümayəndələri, əslində, Ulu Öndərə sonsuz məhəbbətlərini ifadə ediblər.
Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Xocavənd Rayon İcra Hakimiyyəti də Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
Qeyd edək ki, aksiya çərçivəsində 1000 ağac əkilib.