“Dəmir Yumruq” filminin təqdimatı olub.
“Dəmir Yumruq” filminin təqdimatı olub
08 may 2021-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” adlı sənədli filmin təqdimatı olub. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən təqdimatda İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Filmdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən “Dəmir Yumruq” sənədli filmi maraqla izlənilib.