Şriftin ölçüsü :

Saytın rəngi :

"2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş bədii əyləncəli mərasim keçirildi

03 fevral 2014 | 16:00

02 fevral 2014-cü il tarixdə Xocavənd qəsəbəsində Xocavənd rayon Mədəniyyət evində “2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş bədii əyləncəli mərasim keçirildi. 140 nəfərin qatıldığı tədbirdə gənclərlə bərabər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva və  bir çox idarə və təşkilat rəhbərləri də iştirak edirdilər. Tədbirdə rəngarəng mahnılar, şeirlər ifa edildi, səhnəciklər nümayiş olundu. Rayonun ictimai həyatında,  gənclərin fiziki və hərbi tərbiyəsinin təşkilində, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən zona və respublika səviyyəli yarışlarda fərqlənən 24 nəfər fəxri fərmanla təltif olundu, qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər