Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd kümçüləri 2 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar.

20 may 2021 | 16:00

    Ötən il baramadan yaxşı gəlir əldə edən Xocavənd kümçüləri bu il də ipəkqurdu bəsləyirlər. Hədəf 2 tondan çox yaş barama tədarük etməkdir. Bu mövsüm kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb. Hazırda rayon üzrə 15 kümçü barama toxumu təhvil götürüb. Qurdların bəslənilməsi üçün rayonda əlverişli yem bazası var. Son beş ildə yerli və Çindən gətirilən 43 min tut tingi əkilib. İpəkqurdu bəslənəcək saxlanc yerləri əvvəlcədən dezinfeksiya olunub.
   Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır.

Keçidlər