Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir.

20 may 2021 | 16:00

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Xocavənd rayonunda vaksinasiya prosesi davam etdirilir.
   Hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Xocavənd rayonu üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 1498 doza vaksin vurulub. Bunlardan 688 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.
    Vaksinləşmə prosesi uğurla davam etdirilir.

Keçidlər