Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir

02 iyun 2021 | 16:00

Xocavənd rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir
Ölkəmizin bütün regionlarında olduğu kimi, Xocavənd rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
02 iyun 2021-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov peyvənd olunmaq məqsədilə Mərkəzi Rayon Xəstəxanasına gəlmişdir. İcra başçısı peyvənddən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub. Eyvaz Hüseynov qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb.
Həmçinin rayon İcra Hakimiyyətinin bir çox əməkdaşları da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu kampaniyada hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
01 iyun 2021-ci il tarixə Xocavənd rayonu üzrə ümumilikdə COVİD-19 infeksiyasına qarşı 1116 nəfər birinci doza, 722 nəfər isə ikinci doza peyvənd olunmuşdur.

Keçidlər