Şriftin ölçüsü :

Saytın rəngi :

05 fevral 2014-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson, eləcə də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsəvər Ağayev Xocavənd q

06 fevral 2014 | 16:00

05  fevral 2014-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson, eləcə də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsəvər Ağayev Xocavənd qəsəbəsinə səfər etmişlər. Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hərbi təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin olmuş qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti ilə tanış olmaq idi. Qonaqlar Salakətin kənd tam orta məktəbində, Mərkəzi Rayon Xəstəxanasında, Kuropatkin kənd uşaq bağçasında və Rayon Mədəniyət Evində olmuş, burada yaradılmış şəraitdən məmnun qalmışlar. Daha sonra  şəhid ailəsi Sevil Əzizovanın  mənzilinə baş çəkərək ailənin yaşayışı şəraiti  ilə maraqlanmışlar.

Keçidlər