Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun 2021-ci il tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

17 iyun 2021 | 16:00

17 iyun 2021-ci il tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, qonaq qismində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və tibb işçiləri iştirak edib. Tədbirdə çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində xalq-ordu-dövlət birliyinin möhtəşəm gücündən, tibb işçilərinin həmin günlərdə döyüş cəbhəsində yaralanan hərbçilərə göstərdiyi dəstəkdən və öz həyatlarını təhlükə qarşısına qoymaqdan çəkinməyərək yaralı əsgər və hərbçilərə göstərdikləri tibbi xidmətdən danışıblar. Tədbir zamanı Əfsanə Quliyeva uzun müddət Xocavənd rayonunda baş həkim vəzifəsində işləmiş, hal hazırda "Beyləqan Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirovaya Vətən müharibəsi dövründə göstərdiyi fədakar əməyə görə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanını təqdim edib. Qeyd edək ki, həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsi dövründə Nurəngiz Bəşirovanın rəhbərliyi ilə Xocavənd tibb işçiləri xüsusi fədakarlıq nümunəsi göstərmişlər.

Keçidlər