Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir.

21 iyun 2021 | 16:00

Xocavənd rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Xocavənd rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
21 iyun 2021-ci il tarixə Xocavənd rayonu üzrə ümumilikdə COVİD-19 infeksiyasına qarşı cəmi 2294 nəfər peyvənd olunub, onlardan 1484 nəfər birinci doza, 810 nəfər isə ikinci doza peyvənd olunmuşdur.

Keçidlər