Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya uçurumdur” mövzusunda maarifləndirici tədbir keçirilib.

04 avqust 2021 | 16:00

        "Narkomaniya uçurumdur” mövzusunda maarifləndirici  tədbir keçirilib.  
       04 avqust 2021-ci il tarixdə Xocavənd qəsəbəsində  “Narkomaniya uçurumdur” mövzusunda maarifləndirici  tədbir keçirilib.  Tədbirdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və din xadinmləri də iştirak etmişdir. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, maddi, mənəvi vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa çağırmaqdır.
        Tədbirdə ilk öncə  narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur.
     Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Əfsanə Quliyeva  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə sahəsində dövlət siyasətindən, həyata keçirilən tədbirlərdən  geniş söhbət açdı. Həmçinin bildirdi ki,  bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.
     Xocavənd Rayon prokurorunun köməkçisi Vəli Novruzov çıxış edərək bildirdi ki,  narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır. Əgər bir pis vərdiş insanın məhvinə yönəlirsə, demək, o, insanlığa qarşı törədilmiş  cinayətkardır. Gəncləri  bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var.  Onun sözlərinə görə, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin,  mədəni-maarif müəssisələrinin üzərinə düşür.
     Rayon Mərkəzi Xəstəxanasının həkimi Firuzə Bəhrəmova, gənc könüllü Tuncay Hüseynov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçisi  Orxan Həsənov  və  digər çıxış edənlər  narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərəri və ona qarşı aparılan mübarizədən  danışaraq hər kəsi  bəşəriyyətin bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səslədilər.  
      Tədbir gənclərlə qarşılıqlı müzakirə şəklində davam etmişdir.

Keçidlər