Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam gələcək naminə fiziki aktiv ol" mövzusunda tədbir keçirilib.

13 avqust 2021 | 16:00

     
      13 avqust 2021-ci il tarixdə Beynəlxalq Gənclər Günü münasibətilə "Sağlam gələcək naminə fiziki aktiv ol" mövzusunda tədbir keçirilib. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı  Rayon İcra hakimiyyəti başçısının 18 yanvar 2016-cı il tarixli 04 saylı sərancamı ilə  təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirin əsas məqsədi fiziki aktivlik və  gənclər arasında sağlam həyat tərzinin təbliği olmuşdur. Rayon mədəniyyət evində keçirilmiş tədbirdə  fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verildi.  Fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğulandı. Passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs edildi. Eyni zamanda bildirildi ki, müasir dövrün tələblərinə uyğunlaşaraq gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayrılır. Günlərinin əksər hissəsi passivlikdə, oturaq şəraitdə keçir, bu da öz növbəsində, yaşından, sağlamlıq durumundan asılı olmayaraq orqanizmdə problemlər yaradır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə yol açır. 

Aksiyada ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edib. İştirakçılara sertifikatlar və fiziki fəalliq mövzusunda bukletlər  təqdim olunub.

 

Keçidlər