Şriftin ölçüsü :

Saytın rəngi :

“Mavi Planet” adlı ekoloji təlim keçirilmişdir.

09 fevral 2014 | 16:00

08 fevral 2014-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində “Gənclərin  Mənəvi  İnkişafı İctimai Birliyi”nin təşkilatçılğı ilə “Mavi  Planet  və  Ekosferanın qorunması” layihəsi çərçivəsində “Mavi Planet” adlı ekoloji təlim keçirilmişdir. Tədbirdə mühazirəçi qismində çıxış edən Ramil Rüstəmov yer kürəsində həyatın mövcud olması üçün lazım olan şərtlər və su sərvətlərinin mövcudluğunu təmin edən fiziki qüvvələrin nisbəti haqqında geniş məlumat  verdi. 110  nəfər  yuxarı sinif  şagirdlərinin iştirak  etdiyi tədbirdə  milyon illərlə  yaşı  olan  canlıların daşlaşmış qalıqlarının sərgisi təşkil olundu. Dinləyicilər sərgi ilə tanış oldular və onlara canlı qalıqları haqqında ətraflı məlumat verildi.

Keçidlər