Şriftin ölçüsü :

Saytın rəngi :

"İşdən sonra aktiv ol" layihəsinə yenidən start verildi

21 sentyabr 2021 | 16:00

  Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Bu məqsədlə Xocavənd rayonunda artıq ənənə halına almış , lakin pandemiya səbəbindən 1 ildən artıqdır ki,fasilə verilən "İşdən sonra aktiv ol" layihəsinə yenidən start verilib.  Xocavənd Rayon İcra Hakimiyyəti  də daxil olmaqla rayonun idarə, müəssisə və təşkilatlarında işləyən əməkdaşlar  işdən sonra komandalar təşkil edərək futbol və voleybol yarışları keçirir.  Keçilən yarışlar iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir.

 

Keçidlər