Şəhid Tural Abdullayevin oğlunun doğum günü qeyd edilib.
Kuropatkin kənd uşaq bağçasında Şəhid Tural Abdullayevin oğlu Tunarın doğum günü qeyd edilib.Tədbirdə çıxış edənlər şəhid Tural Abdullayevin şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, şəhidimiz 1993-cü il fevral ayının ikisində Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba torpaqlarını itirən, doğma ocaqlarını zorla tərk etməyə məcbur olan ailələrdən biri də Turalın ailəsi idi. Bu müharibənin ağrılarını içində yoğura-yoğura böyüyən, uşaqlığı, gəncliyi müharibənin çilik-çilik etdiyi, xəyalları və arzuları yarımçıq qalan insanların arasında keçməsi Turalın həyatında silinməz izlər buraxmış, onun sonrakı həyat yolunu müəyyənləşməsinə böyük təsirli etmişdir. Qaynar təbiəti, cəsarətli və vətənpərvər ruhu hələ orta məktəb illərindən onu digər həmyaşıdlarından fərqləndirirdi. Sərhəd Qoşunlarında hərbi xidmətini başa vuran Tural 2014-cü ildən Müdafiə Nazirliyində müddətdən artıq xidmətə başlamışdır. N saylı hərbi hissənin gizir olan Şəhidimiz hərbi xidmət müddətində nümunəvi bir hərbiçi kimi yadda qalmışdır.
Zəfərlə yekunlaşan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılan Tura Abdullayev şəxsi igidliyi ilə fərqlənmiş, bir çox istiqamətdə düşmənə ağır zərbələr vurulan əməlliyyatların iştirakçısı olmuşdur. Tural 28.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə uçalmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abdullayev Tural Bəylər oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və “Vətən Uğrunda” medalları ilə təltif olunmuşdur.
Tədbirə iştirak edənlər balaca Tunara hədiyyələrini təqdim edib, atasına layiq övlad olmasını arzulamışlar. Şəhidin ailə üzvləri Tural Abdullayevlə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.