Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı faciəsinin 22-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilmişdir.

17 fevral 2014 | 16:00

Qaradağlı faciəsinin 22-ci ildönümü münasibəti ilə 16 fevral 2014-cü il tarixdə  anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə “Yeni Qaradağlı” qəsəbəsində ucaldılmış “Qaradağlı Şəhidləri” Xatirə Abidə Kompleksini ziyarət edərək abidənin üzərinə tər gül dəstələri qoymuşlar. Anım  mərasimində çıxış edən Rayon İcra  Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd edib ki, 4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 78 nəfər  kənd sakini şəhid olub, 110 nəfər  girov götürülüb və sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə   rus və ingilis dillərində “Soyqırım: Qaradağlı”,  azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir..” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilmiş, Garadaghlı. Org internet saytı  yaradılmış, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı nəşr olunmuşdur.
Tədbirdə Qaradağlıda baş vermiş dəhşət və müsibətlərin , amansızlıqların çox kiçik bir hissəsini özündə əks etdirən “Qanlı nərgiz” adlı bədii kompozisiya nümayiş olunmuş,  “Qaradağlı:mübarizə” filmi təqdim olunmuş və  üzərində hər bir Xocavəndli şəhidin adı yazılmış  xüsusi hava şarları səmaya buraxılmışdır. Sonda Ermənistan ordusunun   Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş olduğu soyqırımı cinayətinin 22- ci ildönümü ilə əlaqədar keçirilən tədbir iştirakçılarının  beynəlxalq təşkilatlara ünvanlanmış etiraz müraciəti qəbul olunmuşdur.

Keçidlər