Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində siniflərə Şəhidlərin adı verilib.

15 oktyabr 2021 | 16:00

     Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində  siniflərə Şəhidlərin adı verilib.
    Məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ümumi təhsil müəssisələrində məqsədyönlü işlər görülür. Belə ki, Qardağlı kənd tam orta məktəbində   sinif otaqlarına Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin adları verilib.
    Bu münasibətlə  15 oktyabr 2021-ci il tarixdə məktəbdə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Orxan Həsənov ,  məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Öncə siniflərə baxış keçirildi, şagirdlər Şəhidlərimiz haqqında ətraflı məlumat verdi. Sonra tədbir məktəbin akt zalında davam etdirildi. Tədbirdə şagirdlərin 44 günlük Vətən müharibəsinə və Şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiyası nümayiş olundu. Tədbirdə çıxış edən  başçısının müavini Əfsanə Quliyeva bildirdi ki,  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, gazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayan Əfsanə Quliyeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qalib Ordumuzun 44 günlük Vətən müharibəsi ilə yazdığı şanlı tarixin sabahın daha qüdrətli Azərbaycanı üçün möhkəm bünövrə olduğunu bildirib.

Keçidlər