Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub.

25 oktyabr 2021 | 16:00

        Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub.
       Hər kəsə yaxşı məlumdur ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi.
     Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Respublikamızın hər yerindən olduğu kimi, Xocavəndin 8 nəfər qəhrəman oğlu da 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalaraq qanları ilə şanlı tarix yazdılar. Torpaqlarımızın ərazi bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ”u ətrafında sıx birləşərək şirin canlarından keçdilər.
    Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən həmin plakatlar şəhidlərimizin ailələrinə təqdim olunur.

 

 

 

Keçidlər