Vətən müharibəsi şəhidlərinin fotolarından, məktəblilərin rəsmlərindən və vətənpərvərlik mövzusunda kitablardan ibarət sərgi təşkil olunub.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş "Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı " Tədbirlər Planına uyğun olaraq 05 noyabr 2021-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin fotolarından, məktəblilərin rəsmlərindən və vətənpərvərlik mövzusunda kitablardan ibarət sərgi təşkil olunub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov, Şəhid ailələri, qazilər, məktəblilər və digər qonaqlar iştirak edirdilər. İlk olaraq 44 günlük Vətən müharibəsi və böyük Zəfərə həsr olunan fotolardan və rəsmlərdən ibarət sərgiyə baxış keçirildi. Şəhid ailələri ilə xatirə şəkilləri çəkildi.