Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon Bölməsinin birgə təşkilaçılığı ilə “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” adlı tədbir keçirilmişdir.

05 noyabr 2021 | 16:00

      05 noyabr 2021-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd  Rayon Bölməsinin birgə  təşkilaçılığı ilə “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov, Vətən müharibəsi şəhidlərinin valideynləri, qazilər, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri iştiark ediblər. Tədbir iştirakçıları  Ulu öndər Heydər Əliyevin abidəsini və Vətən müharibəsi   şəhidlərinin adlarını əbədiləşdirmək məqsədilə salınmış "Şəhidlər"  Memorial Abidə Kompleksini ziyarət etmişlər.

Keçidlər