"Ailə dəyərlərinin təbliği mövzusunda" tədbir keçirilmişdir.
30 mart 2023 | 11:28
"Ailə dəyərlərinin təbliği mövzusunda" tədbir keçirilmişdir.
30 mart 2023-cÜ il tarixində Xocavənd rayon Salakətin kənd tam orta məktəbində "Ailə dəyərlərinin təbliği mövzusunda" tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov bildirmişdir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Daha sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm çıxışında bildirmişdir ki, Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin qarşısında duran ən mühüm vəzifələrdən biri də ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır. Fəaliyyət göstərdiyi üç il müddətində komitə həyata keçirdiyi çoxistiqamətli fəaliyyət nəticəsində bir sıra uğurlar əldə etmişdir. Ümumiyyətlə, indiyə qədər respublikamızda ailə problemləri ilə mərkəzləşdirilmiş şəkildə heç bir dövlət qurumu məşğul olmamışdır. İlk növbədə, Azərbaycanda yaşayan ailələr haqqında ümumi məlumat bazası yaradılmış, respublikanın bütün şəhər və rayonlarında anket sorğuları keçirilmişdir. Daha sonra Salakətin kənd tam orta məktəbin drektoru Rəmziyyə Aslanova ailə dəyərlərinin təblığı mövzusunda nitq söyləmişdir.