Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Şəhidlərin adını daşıyan siniflər ziyarət olunmuşdur.

14 aprel 2023 | 16:16
  “Heydər Əliyev İli” çərçivəsində Şəhidlərin adını daşıyan siniflər ziyarət olunmuşdur.
  Xocavənd rayonunda Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində məqsədyönlü işlər görülür. 2018-ci ildən etibarən ənənəvi olaraq rayon ümumtəhsil müəssisələrində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə sinif otaqlarına Şəhidlərin adı verilir. Sinif otaqlarının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilir, otaqda şəhidlərin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılır.
  14 aprel 2023- cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Salakətin kənd tam orta məktəbində həmin məktəbin məzunları, 44 Günlük Vətən müharibəsi Şəhidləri Mirzəyev Elmin Əvəz oğlu, Abdullayev Tural Bəylər oğlu, Quliyev Şirxan İsmixan oğlu, Tağıyev Elzamin Eyvaz oğlunun , eləcədə Fərəcov Zülfüqar Müseyib oğlu və Namazov Xəyal Xudaverdi oğlunun adlarını daşıyan sinif otaqlarının ziyarət olunması ilə bağlı tədbir keçirilmişdir.
  Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Xocalı-Xocavənd Təhsil sektorunun əməkdaşları, Şəhid ailələri, qazilər və Salakətin kənd tam orta məktəbinin kollektivinin iştirak etdiyi tədbirdə qəhrəman şəhidlərimizin hər biri haqqında ayrıca guşənin yaradıldığı sinif otaqları ziyarət olunmuş, qeyd olunan siniflərdə təhsil alan şagirdlərin əziz şəhidlərimiz haqqında verdikləri müfəssəl məlumatlar, vətənpərvərlik mövzusunda söylədikləri fikirlər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
  Tədbirdə çıxış edənlər bu kimi halların qəhrəman Şəhidlərimizin xatirəsinin yaşadılması, böyüməkdə olan gələcək nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə olunması istiqamətində olduqca əhəmiyyətli olduğunu bildirdilər.
Keçidlər