13 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun növbəti səyyar qəbul-görüşü keçirilib.
13 fevral 2024 | 10:19
13 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun növbəti səyyar qəbul-görüşü keçirilib.
13 fevral 2024-cü il tarixdə Yeni Xocavənd qəsəbəsində əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olduğunu bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Sakinlərin müraciətləri diqqətlə dinlənilmiş, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlərin həll olunması üçün yerində müvafiq tapşırıqlar verilmiş,digər müraciətlər araşdırılması üçün qeydiyyata alınmış, bəzi məsələlərlə bağlı isə vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.