13 oktyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Rəqəmsal İcra Hakimiyyəti mövzusunda dəyirmi masa keçirilib.
13 oktyabr 2022 | 16:00
13 oktyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Rəqəmsal İcra Hakimiyyəti mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən başçının müavini Azər Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyəт Planı"nda yerli icrа hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində tapşırıqlar verilmişdir. "Rəqəmsal Icra Hakimiyyəti" portalı yerli icra hakimiyyəti orqanlarının vətəndaşların müraciətlərini elektron qaydada qəbul etməsi işinin təkmilləşdirilməsi, habelə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətlərin sayının artırılması üçün tədbirlər görülməsi və dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət Informasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması istiqamətdə verilmiş tapşırıqlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin Inkişafı Mərkəzi tərəfindən yaradılmışdır.
"Rəqəmsal Icra Hakimiyyəti" portalının yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə.