13 oktyabr 2023-cü il tarixdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
13 oktyabr 2023 | 16:42
13 oktyabr 2023-cü il tarixdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Aparatın əməkdaşları, Qaradağ rayonunda məskunlaşan rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarbağda həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra baş verən hadisələrə diqqət çəkən Eyvaz Hüseynov bildirib ki, hal-hazırda Qarabağ çiçəklənmə dövrünə qədəm qoymuşdur. Ordumuz və hüquq mühafizə orqanlarımız azad olunan ərazilərdə möhkəmlənir. Artıq xalqımız Qarabağda sülh və əmin-amanlıq şəraitində ömür sürəcəkdir. Başçı qeyd edib ki, Azərbaycan dövləti regionun strateji mərkəzinə çevrilib. Lakin bir çox qüvvələr bunu qəbul etmək, Azərbaycanla hesablaşmaq istəmirlər. Sülh quruculuğu prosesində dövlətimizin maraqlarını nəzərə almayanlar heç bir nəticə əldə etməyəcəklər. Eyvaz Hüseynov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə sürətlə davam etdirilən tikinti bərpa işlərindən sonra bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq, orada əbədi olararaq yaşayacaqlar. Öz doğma dədə-baba torpaqlarına qayıtmağı səbrsizliklə gözləyən xocavəndlilər öz müqəddəs arzularına yaxın zamanda çatacaqlar. Mənfur düşmən bir daha xalqımıza qarşı hər hansı çirkin niyyətini həyata keçirə bilməyəcək. Çünki artıq dünyada öz sözünü demiş Qüdrətli Azərbaycan Sərkərdəsi möhtərəm Prezidentimiz İlham Əliyev və onun ətrafında dəmir yumruq kimi birləşmiş polad iradəli Azərbaycan xalqı var.
Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.