Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

02 noyabr 2021 | 16:00

     Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
    02 noyabr 2021-ci il tarixdə  "Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı " Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planın uyğun olaraq Salakətin kənd tam orta məktəbində Vətən müharibəsi qaziləri ilə şagirdlərin görüşü təşkil olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova tədbiri açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Bildirib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.
    Sonra məktəblilərin ifasında şəhidlərimizə və qazilərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
   Vətən müharibəsi qaziləri 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıblar, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıblar. Qazilər torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətiriblər.
    Sonra qazilər uşaqların suallarını cavablandırıblar.

Keçidlər