Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdlərinə müasir Azərbaycan tarixinin tədrisinə başlanıldı

12 fevral 2014 | 16:00

 Xocavənd rayonunda müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə əlavə dərslərin tədris olunmasına başlanılıb. 2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir. Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
11 fevral 2014-cü il tarixdə Xocavənd rayon 4 saylı tam orta, Qaradağlı kənd tam orta, Tuğ kənd 1 saylı tam orta və Salakətin kənd tam orta məktəblərinin XI sinif şagirdlərinə  Beyləqan rayonunda yerləşən  Heydər Əliyev Mərkəzində "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda  ilk dərs keçirilmişdir. Dərsin tədrisi zamanı Mərkəzdə quraşdırılmış ekranda memarı və qurucusu Ulu Öndər olan Müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugünkü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılmış və "Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” filmi nümayiş olunmuşdur.
Canlı diskussiya şəklində keçən dərsdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı.

Keçidlər