"Vətən Sizə Minnətdardır" kitabının təqdimatı keçirilmişdir.
"Vətən Sizə Minnətdardır" kitabının təqdimatı keçirilmişdir.
8 noyabr 2021-ci il tarixdə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbirində Orxan Həsənovun müəllifi olan "Vətən sizə minnətdardır" kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat iştirak edən qonaqlar kitab haqqında fikirlərini bildirmişlər. Öncə söz müəllif Orxan Həsənova verilmiş, Orxan Həsənov kitabın yazılması ideasının Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovdan gəldiyini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, kitabın yazılma prosesində şəhidlərimizin döyüş yoldaşları, ailə üzvləri və dostları ilə görümüş, kitabın əhatəli alınması üçün onlardan əldə etdiyi materiallardan istifadə etmişdir. Sonra söz yazıçı, publisist Şərif Ağayara verilmişdir. Şərif Ağayara kitabın redaktoru olmağından qürurlandığını bildirmişdir. "Şəhidlərimiz vətənə sədaqətin ən bariz nümunələridir. Torpağı Vətən edən bütün şəhidlərimizin ruhu bu gün şaddır. Zəfər bayramınız mübarək" - Şərif Ağayar çıxışını bu sözlərlə bitirmişdir. Daha sonra Xocavənd Rayon İcra Başçısı Eyvaz Hüseynov kitabları və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Şəhidlərin mülki fotoları, dəfn, doğum və anım günü tədbirlərinin fotoları və videolarından ibarət albomları şəhid ailələrinə paylamışdır.
Qeyde edək ki, Şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən "Vətən Sizə Minnətdardır" kitabı onların xatirəsini əbədiləşdirmək üçün Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmışdır.