Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə cəmiyyətin və dövlətin təməlidir” mövzusunda toplantı keçirildi.

30 noyabr 2021 | 16:00

     “Sağlam ailə cəmiyyətin və dövlətin təməlidir” mövzusunda toplantı keçirildi.
    Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  29 noyabr 2021-ci il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbdə “Sağlam ailə cəmiyyətin və dövlətin təməlidir” mövzusunda toplantı keçirildi. Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, milli-mənəvi, o cümlədən ailə dəyərlərinin təbliğ olunması, bu və ya bu kimi digər məsələlərlə bağlı gənclərin ətraflı məlumatlandırılması məqsədi ilə keçirilən və 4 mövzunun – “Qan qohumları arasında nikah və onun fəsadları”, “Valideyin-övlad münasibətləri”, “Ailədə psixoloji iqlim” və “Erkən nikahın mənfi fəsadları” əhatə etdiyi tədbirdə 47 nəfər iştirak edirdi. Toplantıda ailənin tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamasından, qan qohumluğunun  gələcək nəslin sağlamlığına mənfi təsiri və erkən nikahların yaratdığı fəsadlardan, Azərbaycan cəmiyyətində ailənin xüsusi çəkisi, insanın kamil bir vətəndaş kimi yetişməsində ailənin misilsiz rolundan, ailə qurarkən nikah müqaviləsinin bağlanmasının və ailə qurmamışdan öncə nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsinin əhəmiyyətindən bəhs edən çıxışlar səslənildi,  ayrı-ayrı gənclərin mövzu ilə bağlı fikir və düşüncələri dinlənildi, qarşılıqlı müzakirələr aparıldı.

Keçidlər