PSTM layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir.
PSTM layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir.
Xocavənd rayonununda PSTM layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir . Layihə çərçivəsində 23.11.2021-ci il tarixində Xocavənd rayon Xocavənd qəsəbəsində 30 nəfər könüllü icma fəal cəlb edilmişdir. Onlara proqram üzrə təlimlər keçirilmiş və lazımı xəbərdarlıq materialları ilə təmin edilmişdirlər.
Qeyd edək ki, hal-hazırda həyata keçirilməsinə başlanmış PSTM layihəsi müharibəyə məruz qalmış və ərazilərində döyüşlər aparılmış 10 (Füzuli, Xocavənd, Beyləqan, Goranboy, Göygöl, Daşkəsən, Ağdam, Ağcabədi, Tərtər və Bərdə) rayonu əhatə edir. Layihədə 100 000 min sakinin (qadın, kişi, oğlan, qız və fiziki məhdudiyyətli vətəndaşlar) maarifləndirilməsi nəzərdə tutulmuşdur. Adları çəkilən rayonlarda “könüllü qruplar” (icma fəallarından ibarət 500 nəfər) hazırlanacaq, onlara proqram üzrə təlimlər keçiriləcək və lazımı xəbərdarlıq materialları ilə təmin ediləcəklər.
Layihələri Azərbaycan Respublikası Təhsil Nazirliyi, yerli minatəmizləmə agentliyi (ANAMA) və onun podratçı GHT-ləri-Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və “DAYAQ” Azərbaycan həyata keçirirlər.