Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.

22 noyabr 2021 | 16:00

    Xocavənddə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
   Xocavənddə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
   Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanı ziyarət olunmuş, Şəhidlərin ruhlarına dua oxunmuşdur.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçı Eyvaz Hüseynov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən,  Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
    Tədbirdə Xocavənd Məhkəməsinin sədri İlqar Əliyev   çıxış edərək Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıblar.
     Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar  təqdim olunub.

Keçidlər