Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.

30 dekabr 2021 | 16:00

     Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.
    29 dekabr 2021-ci il tarixdə Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
    Tədbirdə Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru xanım Kifayət Hacıyeva, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı müavini Azər Süleymanov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı müavini Yeganə Məmmədova, Beyləqan  Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova , Baş epidemioloq Bəhrəm Qılıncov və xəstəxana kollektivi iştirak etmişdir
    Tədbirdə xanım Kifayət Hacıyeva ilk öncə qonaqları salamlayaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərkəsi  təbrik edərək ən səmimi arzu və diləklərini çatdırdı. Rayonun səhiyyə sahəsində Xəstəxananın işinin şəffaf və operativliyindən həmçinin vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsindən və qarşıda duran vəzifələrin icrasından söz açaraq davam etmişdir.
    Çay süfrəsi arxasında tədbir davam etmişdir və əlavə olaraq bir qrup işçilər Mərkəzi Xəstəxananın direktoru və Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəal və nümunəvi həmçinin 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəaliyyətlərinə görə təltif olundular.

 

Keçidlər