Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilmişdir.

07 yanvar 2022 | 16:00

    “Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilmişdir.
   “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Aqzərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 2-ci bəndində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə 07.01.2022 tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Süleymanova, aparıcı məsləhətçisi Asim Rüstəm, Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Həsənov  və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəcəf Qaraşov məktəblilər arasında “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbirlər keçirmişlər. Tədbir zamanı şagirdlərə bildirilmişdir ki, hal-hazırda pandemiya dövründə sağlamlığımızın qeydinə qalmağın böyük bir hissəsini qidalanma təşkil edir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumatlar verilmişdir. Sonda isə şagirdlərin və müəllimlərin fikirləri dinlənilmişdir.

Keçidlər