"20 Yanvar faciəsi şagirdlərin dili ilə " adlı tədbir keçirilmişdir.
"20 Yanvar faciəsi şagirdlərin dili ilə " adlı tədbir keçirilmişdir.
19 yanvar 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində "20 Yanvar faciəsi şagirdlərin dili ilə " adlı tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edib. Tədbir iştirakçıları öncə Qanlı Yanvara həsr olunmuş video rolikə tamaşa etmişlər. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olduğunu qeyd etdi. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, ökəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. İmperiya cəlladları həmin gün neçə-neçə igid oğul və qızımızın qanını töksə də, xalqımızı müstəqillik, azadlıq yolundan döndərə bilmədi. Əksinə, azadlıq əzmini daha da gücləndirdi və qısa müddətdə vətənimizin mərd övladları öz amalına qovuşdu.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Orxan Həsənov, 4 saylı tam orta məktəbin şagirdi Həsənli Asiman, Qaradağlı kənd tam orta məktəbin şagirdi Əhmədova Qənahət, Tuğ kənd tam orta məktəbin şagirdi Qaraşova Şəbnəm , Salakətin kənd tam orta məktəbin şagirdləri İbrahimli Pərvin və Nəsirli Ayxan çıxış edərək XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdilər.
Məktəblilərin vətənpərvərlik dolu çıxışları bir daha əmin etdi ki, gənclərimiz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklər. Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Bu məşəl öz odunu, alovunu şəhidlərimizin Vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.