Şriftin ölçüsü :

Saytın rəngi :

“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ” mövzusunda tədbir keçirilmişdir.

26 yanvar 2022 | 16:00

     “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ” mövzusunda tədbir keçirilmişdir.
   “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il 935  nömrəli Sərəncamının 2.2.3 bəndində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə 26.01.2022 tarixdə Xocavənd rayon Tuğ kənd tam orta məktəbinin müəlliməsi Həsənoca Pərvin və eyni zamanda Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Süleymanova və aparıcı məsləhətçisi Asim Rüstəm məktəblilər arasında “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda maarifləndirici tədbirlər keçirmişlər. Tədbir zamanı şagirdlərə bildirilmişdir ki,  Yer kürəsində plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərli təsiri artaraq qlobal ekoloji məsələyə çevrilmişdir.
    Plastik torba və ya qablaşdırmadan orta hesabla 15-20 dəqiqə istifadə edilir və tullantı kimi ətraf mühitə atılır. Dünyada hər il 5 trilyon plastik torbadan istifafə olunur, bu təqribən 1 dəqiqədə  10  milyon plastik  torba deməkdir. Plastikin  tam çürüyərək yox olması üçün torpaqda 800-1000 il, dənizdə isə 40il lazımdır.Hesablamalara görə hər il dünyada 300 milyon ton plastik istehsal olunir. Bunun yalnız 20 faizi təktar emala gedir. Qalanı isə havanı, suyu, torpagı, dənizləri çirkləndirir. Aparılan araşdırmalara görə bütün dünyada evlərə verilən içməli suların tərkibində mikroplastik zərrəciklər aşkar olunur. Eyni zamanda mikroplastiklər okeanda ovlanan balıqların bədənində  olması qeydə alınmışdır.
    Hər il yüzlərlə heyvan və quş təbiətə atılan plastik tullantıların  qurbanı olur. Heyvanlar plastik tullantıları qida ilə səhv salırlar və bunun nəticəsində hər il təqribən 100 000 heyvan ölür. Dünya okeanına tonlarla plastik tullantı atılması nəticəsində hal-hazırda okeanlarda 5 belə böyük tullantı adası əmələ gəlmişdir. Hər birimiz ətraf mühitin mühafizəsi və insanların sağlamlığı məqsədilə polietilen torbaların, plastik qabların alternativlərindən olan şüşə qablardan, parça və kağız torbalardan istifadəyə üstünlük verməliyik. Sonda isə şagirdlərin  fikirləri dinlənilmişdir.

Keçidlər