Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

14 oktyabr 2021 | 16:00

   14 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Xocavənd rayon bölməsi və Xocavənd  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib. Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd  rayon bölməsinin  şəxsi heyətinin,  ictimaiyyətin, gənclərin, müharibə veteranlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin və çağırışçıların valideynlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
   Tədbirdə çıxış edənlər gəncləri  hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildiriblər.

Keçidlər