Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

20 fevral 2021 | 16:00

     19  fevral 2021-ci il tarixdə  Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Açılış nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişafı və düzgün tətbiq olunması dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə xeyli işlər görülüb və görülməkdə davam edir. Son dövrlərdə bu sahədə atılan ən mühim addımlardan biri də möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamıdır. Sərəncamla dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, dövlət orqanlarında Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Eyvaz Hüseynov  Azərbaycan dilinin zəngin bir dil olduğunu, dilimizin dünya dilləri arasında axıcılığı və söz ehtiyatı baxımından özünəməxsus yeri olduğunu vurğulayaraq yeni dövrdə Azərbaycan dilinin inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətlərinin olduğunu qeyd etmişdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanları da məhz ümummilli lider Heydər Əliyevin dilimizin inkişafı ilə bağlı tarixi xidmətləridir.

    Eyni zamanda, tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə rayon İcra Hakimiyyəti əməkdaşlarına müvafiq təlimatlar verilmiş, ədəbi dilin forma və mərhələləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması qaydaları barədə çıxışlar dinlənilmişdir.

Keçidlər