“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim keçirilmişdir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim keçirilmişdir.
10.12..2021-ci ildə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçuları həmçininXocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ZOOM online platforması vasitəsilətəlim keçirilmişdir.
Baçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsininAzər Süleymanov, qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib.