Şriftin ölçüsü :

Saytın rəngi :

“Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri”

05 noyabr 2021 | 16:00

  “Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri”
  04.11.2021-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində  “Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilmişdir.Tədbirdəinsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin vacib olduğu bildirilmişdir. Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləridir.
   Orqanizmə mənfi təsir göstərən amillərlə mübarizə istiqamətində ictimai səhiyyənin bir sıra hədəf və vəzifələrini sadalayan natiqlər ekoloji problemlərin ictimai səhiyyənin əsas həll etməli olduğu vacib məsələlərdən olduğunu qeyd etmişlər.: “Bu gün ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Nailiyyətlərə baxmayaraq, görüləcək işlər hələ də mövcuddur.”

Keçidlər