Şriftin ölçüsü :

Saytın rəngi :

6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə tədbir keçirilmişdir.

07 aprel 2021 | 16:00

    6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə tədbir keçirilmişdir.

   2021-ci ilin aprel ayı ərzində rayon orta ümumtəhsil məktəblərində 6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.Tədbirlərdə çıxış edənlərxəstəliklərələ mübarizədə fiziki aktivliyin əhəmiyyətini vurğulayaraq gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi, sağlam həyat tərzini təbliğ etməyin vacibliyindən danışıblar. “Fiziki aktiv ol Sağlam qal” başlığı altında keçirilmiş tədbirlərdə şagirdlərin çıxışları dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşımışdır.

Keçidlər