Qaradağlı faciəsinə həsr olunmuş intellektual yarış keçirilib.
Qaradağlı faciəsinə həsr olunmuş intellektual yarış keçirilib.
11 fevral 2022-ci il tarixdə Xocavənd qəsəbəsində Qaradağlı faciəsinin otuzuncu ildönümünə həsr edilmiş intellektual yarış keçirilib. Yarışın məqsədi uşaqların maraqlarına toxunan mövzularda keçirilən tədbirlərdə uşaqların iştirakını təmin etmək, xalqımıza qarşı törədilmiş soyqırımılarının , Azərbaycan tarixinin, ordu quruculuğunun və mədəniyyətinin təbliği, eləcə də gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda ali məktəb tələbələri, yuxarı sinif şagirdlərindən hər birində 6 nəfər olmaqla 8 komanda, ümumilikdə isə 48 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitdə keçən yarışın sonunda birinci yerə Salakətin kənd tam orta məktəbin “052”, tələbələrdən ibarət "Tuğ” komandası ikinci yerə , Füzuli rayon tələbələrindən ibarət komanda isə üçüncü yerə layiq görülüb
Qalib komandalar diplomla təltif edilib.