"Dəmir yumruq" adlı tədbir keçirilmişdir.
"Dəmir yumruq" adlı tədbir keçirilmişdir.
16 fevral 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Şəhid Ailələrinə «Qayğı» İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir yumruq”devizli tədbir keçirilmişdir. Tədbirdə Şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndərin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı abidəsini və Şəhidlər xiyabanını ziyarət etmişlər. Sonra tədbir rayon Mədəniyyət evində davam etmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev Vətən müharibəsində qazanılan şanlı qələbədən, zabit və əsgərlərimizin rəşadətindən, xalqımızın arxa cəbhədəki fədakarlıqlarından və əlbəttə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, hücum diplomatiyasından ətraflı söhbət açıblar. Şəhid atası Eyvaz Tağıyev, Vətən müharibəsi qazisi Vüqar Səfərov , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşfiq Hüseynov çıxışlarında dövlətimizin şəhid ailələrinə, qazilərə diqət və qayğısından danışıblar. Tədbirdə Şəhid Ailələrinə «Qayğı» İctimai Birliyinin Xocavənd rayon şöbəsinə təyin edilmiş yeni sədr Hamlet Gülməmmədov rayon ictimaiyyətinə təqdim olunmuşdur. Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kommpozisiya nümayiş olunmuşdur.