Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocavənd Rayon Şəhidləri”nin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.

13 aprel 2014 | 15:00

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 31 yanvar tarixli 04 saylı Sərəncamına uyğun olaraq 12 aprel 2014-cü il tarixdə Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında “Xocavənd Rayon Şəhidləri”nin xatirəsinə  həsr  olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir. Xocavənd rayon şəhidlərinin xatirəsini yad etmək ,  idmançılar arasında dostluq və idman əlaqələrini möhkəmləndirmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə keçirilən yarışda  Cəlilabad 2, Xocavənd 2, Bərdə 2, Masallı 1, Biləsuvar 1, Ağcabədi 1, Füzuli 1, Beyləqan 1 komanda ilə təmsil olunurdu.   Yarışda Xocavənd rayon komandası I yer, Cəlilabad rayon komandası II yer və Masallı rayon komandası III yerin qalibi oldu. Birinciliyin qalibləri diplomla təltif olunmuş, hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər