Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” devizi altında anım mərasimi keçirilmişdir.

25 fevral 2022 | 16:00

   Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 fevral 2022-ci il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbdə “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” devizi altında anım mərasimi keçirilmişdir. Erməni cinayətkarlarının Azərbaycan xalqına, habelə bəşəriyyətə qarşı törətdiyi bu qətliam barədə yeniyetmə və gənclərin ətraflı məlumatlandırılması, soyqırım qurbanlarının əziz xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi məqsədi ilə təşkil olunmuş anım mərasimində 56 nəfər iştirak etmişdir. Tədbirdə erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən bəhs edən, yeniyetmə və gəncləri tariximizi unutmamağa səsləyən çıxışlar səslənilmiş, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilmişdir.

Keçidlər