Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə bir neçə qadın mükafatlandırılıb.

03 mart 2022 | 16:00

    Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə bir neçə qadın mükafatlandırılıb.
   03 mart 2022-ci il tarixdə Xocavənd Rayon Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki,  Ümummilli liderimiz ,Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.  Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycan qadınına yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar.” Bu gün  Azərbaycan Respublikasının  Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
    Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı da  çıxışında Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışdı.
    Sonra Kürdəmir Regional Mədəniyyət idarəsi tərəfindən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva  hədiyyə ilə, mədəniyyət işçiləri isə səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif edildilər.

Keçidlər