8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid analarını ziyarət edilib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid analarını ziyarət edilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocavənd rayon mədəniyyət müəssisələrinin əməkdaşları və İctimai Şuranın üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid Analarını ziyarət ediblər. Ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən Analar ikiqat diqqətə layiqdir. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olunmuşdur. Qeyd edildi ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqlarımızı azad edərək, ölkəmizə şanlı Qələbə sevinci yaşatdılar. Biz Onlara hər zaman borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.