Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

03 mart 2022 | 16:00

    Xocavənd qəsəbəsində  vətəndaşların səyyar qəbulu keçirilmişdir.
    Xocavənd Rayon  İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov iki il aradan sonra  ilk səyyar görüşünü  03 mart 2022-ci ildə Xocavənd qəsəbəsi  sakinləri ilə  keçirdi.
    Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, rayonun hüquq mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir.
    Səyyar qəbulda çıxış edən Xocavənd Rayon  İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışaraq tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açdı, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsi zamanı əsgərlərimizin göstərdiyi şücaətdən, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən  bəhs etdi.
   Başçı  həmçinin qeyd etdi ki, Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və qısa bir zamanda həllinə nail olmaqdır.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. İcra Hakimiyyətinin Başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verdi.
    Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər