18 aprel 2014-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2014-cü ilin birinci rübü ərzində gördüyü işlər” barədə hesabat iclası keçirilmişdir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2014-cü ilin birinci rübü ərzində gördüyü işlər” barədə
H E S A B A T I
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, sahibkarlığa maliyyə dəstəyi artırılıb və sosial infrastrukturun yenidən qurulması və digər proqramların uğurlu icrası davam etdirilib. Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının nəticəsində ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikası cari ilin birinci rübündə daha da sürətlənib, güclü maliyyə-büdcə ehtiyatlarının artımı fonunda nəzərdə tutulan sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi tam təmin olunub. Qeyd olunan dövr ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından dərinləşdirilməsi sərmayə iqliminin və azad biznes mühitinin yaxşılaşmasına və ölkəmizdə rəqabətqabiliyyətliliyin güclənməsinə səbəb olub.
Həyata keçirilən davamlı və düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ilin birinci rübündə də öz dinamik inkişafını təmin etməklə bərabər makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır.
Ölkə iqtisadiyyatında son dövrlər əldə olunmuş makroiqtisadi sabitlik, dinamik artım, habelə yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətinin nəticəsidir.
Möhtərəm Prezidentin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan və uğurla gerçəkləşdirilən siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Ötən illər ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmaqla bərabər, sahibkarlığa övlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişdir. Neft-qaz layihələri və neft-qaz kəmərləri bu gün ölkəmizi dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkə statusu qazanmışdır.
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi ötən dövr ərzində qarşıda duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı davam etmişdir. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artımı 2,5 faiz olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 8,8 faiz səviyyəsində olması onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallığa çevrilmişdir.
2014-cü ilin birinci rübündə inflyasiya cəmi 2 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcəkdir.
Birincü rübdə orta aylıq əməkhaqqı 7 faiz artmış, orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir və ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş vermişdir. Əhalinin pul gəlirləri 4,5 faiz , banklardakı əmanətləri isə 20 faizdən çox artmışdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artacaqdır.
2014-cü ilin birinci rübündə ölkəmizin milli inkişafı və ixrac coğrafiyasının ildən-ilə artması strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb. Bu, çox yüksək göstəricidir və ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Eyni zamanda, Azərbaycan hazırda regionda ən az xarici borca malik ölkədir, xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir və bu da respublikamızın güclü iqtisadiyyatının olmasından xəbər verir.
Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.
Hesabat dövründə cənab Prerzidentin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.
Aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Cari ilin ilk 3 ayında sahibkarlığa dövlət dəstəyi tədbirləri də sürətləndirilib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutur. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev ötən ay ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Sənəddə nəzərdə tutulan müddəaların icra edilməsi biznes mühitinin daha da yaxşılaşmasına və ölkəmizin beynəlxalq səviyyədə mövqeyinin güclənməsinə səbəb olacaq.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası davam etdirilərək hesabat dövrü ərzində kənd təsərrüfatı sahəsində 3 faizdən çox artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir.
Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin artırılması, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi və digər mühüm istiqamətlər üzrə yeni vəzifələr müəyyən olundu.
Həyata keçirilən davamlı islahatlar nəticəsində bərqərar olmuş iqtisadi sabitlik, infrastruktur layihələr, sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz 2014-cü ilin birinci rübü ərzində çox müsbət nəticələrə gətirib çıxarmışdır.
Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılmışdır.
Mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu Azərbaycanda gedən prosesləri təqdir edirərək, yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına aid edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın əsas reytinq agentlikləri olan "Standard & Poor's", "Fitch" və "Moody's" Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın kredit reytinqini artırmışlar. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə isə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır.
2014-cü ilin ilk rübündə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində də səylər artıb və TANAP, TAP və “Şahdəniz-2” layihələrinin icrasına başlanılıb. Avropanın ən böyük infrastruktur layihələri olan bu layihələrin icrası ilə bağlı artıq tenderlər elan edilib, yaxın zamanlarda tikinti işləri start götürəcək. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihələrin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik”.
Sənaye ili çərçivəsində yeni sənaye müəssisələrinin inşası davam etdirilib, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə olunub. Dünya Bankı ilə texnoparklarla bağlı Saziş imzalanıb və bank ölkəmizin bu sənaye layihəsinə 40 milyon dollar investisiya yatıracaq. Bundan başqa, Türkiyə, Cənubi Koreya, Malayziya və digər ölkələrin sərmayəçiləri sənaye layihələrinə investisiya qoymaq üçün hökumətə müraciət ediblər. Sənaye ilə bağlı tədbirlər planına uyğun olaraq iri şəhərlərdə və bölgələrdə sənaye texnoparklarının, yüksək texnologiyalar parklarının yaradılması, sənayenin infrastrukturunun yenidən qurulması işləri davam etdirilir. Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 500-dək müəssisənin isə tikintisi davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində, əvvəlki illərdə olduğu kimi, ötən dövrdə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuş və cari ildə də təxminən 20 min köçkünün yeni evlərə, mənzillərə köçürülməsi prosesi davam etdiriləcəkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
Həmçinin qeyd etmək lazımdır ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Cənab Prezidentin qeyd etdiyi kimi “bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun”.
Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Məhz buna görə də, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzləri münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan, sadəcə olaraq vaxt uzatmaqla məşğuldur: “Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.
Əslində, çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə, hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.
Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq”.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir. Azərbaycan iqtisadi sahədə inqilabi islahatlar aparılması nəticəsində münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişdir. Bu gün ölkəmizdə regional müstəvidə iki üçtərəfli formatın, beynəlxalq iqtisadi-siyasi forumların keçirilməsi Azərbaycanın və Bakının dünya mərkəzlərindən birinə çevrilməsinin bariz nümunəsidir.
Prezidentin imzaladığı sərəncamlar əsasında Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial təminatı getdikcə yaxşılaşır. Onlar üçün evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulub. Növbədə dayanan müharibə əlilləri və şəhid ailələri bu il də minik maşınları ilə təmin olunacaqlar. Dövlətin səyləri növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısını yeni mənzillərlə və fərdi evlərlə təmin etməyə yönəldilmişdir.
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Sosial tədbirlərdən söhbət düşəndə son iki-üç ayda böyük vüsət almış bir təşəbbüsü xüsusilə vurğulamaq lazımdır. İndi ölkədə əhalinin dispanserizasiya proqramı icra edilir. Bu elə bir layihədir ki, möhkəm əsas, bünövrə olmadan həyata keçirilə bilməz. Son illərdə ən müasir tibb mərkəzlərinin yaradılması, onların ən yeni avadanlıqlarla təchiz olunması insanların sağlamlığı ilə bağlı belə bir tədbirin reallaşmasına imkan yaratdı. Həm də sevindirici haldır ki, bu, ölkənin hər yerində mümkündür.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticələrini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.
Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, “Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na əlavələrdə nəzərdə tutulmuş bəndlərdə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və rayon sakini olan digər məcburi köçkün 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin tikinti işlərinə başlanılmış və cari ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır.
“2013-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 06 fevral 2014-cü il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilir.
Rayon Məşğulluq Mərkəzinə 2014-cü ilin birinci rübü ərzində 25 nəfər (11 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 22 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 1 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2014-cü il ərzində 37 yeni iş yeri açılmışdır. Son 11 ildə rayonda 1274 iş yeri açılmışdır ki, onlardan 697-si daimi iş yeridir.
2014-cü ilin birinci rübü ərzində rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1367.9 min manata qarşı 1435.9 min manat yerinə yetirilmişdir ki, bu da proqnozun 105.0 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 157.9 min manat proqnoza qarşı 225.9 min manat icra olunmuşdur ki, proqnozun 143.1 %-ni təşkil edir.
2014-cü ilin birinci rübündə xərc 2628.1 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 171.7 min manat az olmuşdur. Orta aylıq əmək haqqı 232 manat təşkil etmişdir.
Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən rüb ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 157.9 min manat proqnoza qarşı 225.9 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və proqnoza 143.1 faiz əməl olunmuşdur.
Rüb ərzində büdcəyə vergi və digər daxilolmalar 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 94.6 min manat çox olmuşdur.
“Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərir. 2014-cü ilin birinci rübü ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, cari ilin birinci rübünün yekunlarına görə əldə olunan gəlir proqnozu 136.79 faiz yerinə yetirilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2517 manat çox olmuşdur.
2014-cü ilin birinci rübündə rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2021, o cümlədən inək və camışlar 1011 baş, qoyun və keçilər 14408 baş, olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı 801 sentner, süd istehsalı(fiziki çəkidə)3376,0 sentner,yumurta istehsalı (min ədədlə) 59, olmuşdur.
Ötən dövr ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2014-cü ilin birinci rübü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 197.4 min manat, o cümlədən 185.4 min manat büdcə, 12.0 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 185.4 min manata qarşı 206.7 min manat (111.4%), qeyri-büdcə üzrə 12.0 min manata qarşı 8.2 min manat (68.3%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 108.9 faiz əməl olunmuşdur.
01 aprel 2014-cü il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1124 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1033 nəfəri işləməyən, 91 nəfəri isə işləyən təqaüdçülərdir. Rüb ərzində işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 365.0 min manat vəsait xərclənmişdir.
2014-cü il birinci rüb ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və ünvanlı sosial yardım almaq üçün müraciət edən 47 sakinin sənədləri komissiya tərəfindən yoxlanılaraq təyinat aparılmışdır və faktiki 247 nəfər ünvanlı sosial yardım işi hərəkətdədir.
01 aprel 2014-cü il tarixə büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin ödənilməsi məqsədilə 127520 manat vəsait xərclənmişdir.
İctimai-siyasi və humanitar məsələlər
Hesabat dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai olmaqla 17 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir.
2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə 1884 nəfər nəfər (2012-ci ildə 1927 nəfər), Respublikanın digər şəhər və rayon məktəblərində isə 913 nəfər şagird təhsil almaqdadır. Rayon ümumtəhsil müəssisələrində şagirdlərin təlim-tərbiyəsi ilə 360 müəllim məşğul olur.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2014-cü ilin I rübündə müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 12 yanvar 2014-cü il tarixdə biologiya fənni üzrə rayon turunda I yeri tutmuş Xocavənd rayon 2 saylı məktəbin X sinif şagirdi Mirzəyeva Aysel Əbülfət qızı Respublika turunda Biologiya fənnindən III yerə layiq görülmüşdür. 2014-cü il mart ayının sonunda Fövqəladə Hallar Nazirliyi və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə keçirilmiş “Fövqəladə hallar şagirdlərin gözü ilə” rəsm müsabiqəsində Salakətin kənd tam orta məktəbinin şagirdi Quluzadə Nurlan Müşfiq oğlunun iştirak etməsi üçün əl işi Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Həmçinin Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı keçirilən inşa yazı müsabiqəsində Xocavənd rayon 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mirzəyeva Aysel Əbülfət qızı iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş və 2014-cü ilin I rübündə rayon ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan şagirdlərin bu dərslərdə iştirakı təmin edilmişdir
Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 31 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçi çalışır. Rayon sakinlərinin sağlamlığının qorunması sahəsində rüb ərzində xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 70 reyd (2012-ci ildə 45) keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə, bağçalarda olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 14529, stasionar şöbələrdə müalicə isə 144 nəfər olunmuş, uşaq və ana ölümü isə qeydə alınmamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 15 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş,Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində ərzində 7918 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır ki, onların da 7270 nəfəri Rayon Mərkəzi Xəstəxanasının tibbi briqadası tərəfindən müayinə olunmuşdur. Tibbi müayinədən keçənlərin 1695 nəfəri ambulator müalicəyə, 24 nəfər stasionar müalicəyə cəlb olunmuş, 9 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Şöbəsi 1 rayon, 6 kənd mədəniyyət evi, 13 kənd kulubu, 1 rayon, 12 kənd kitabxanası və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir ki, bu müəssisələrdə 200 nəfər mədəni-maarif işçisi çalışır. 2014-cü ilin birinci rübü ərzində Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
2014-ci ilin birinci rübü ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, 2014-cü ilin I rübü Xocavənd gəncləri üçün uğurlu il olmuşdur. Belə ki 08-09 fevral 2014-cü il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında 3 idmançı I yerə, 2 nəfər isə II yerə, 26 fevral-05 mart 2014-cü il tarixlərində Ağcabədi şəhərində keçirilən “Xocalı soyqırımı”na həsr olunmuş Respublikka şahmat turnirində 2 şahmatçı II yerə layiq görülmüşdür. 05 mart 2014-cü il tarixdə Hacıqabul rayonunda keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyununun zona birinciliyində Xocavənd rayon komandası III yerə, 2014-cü ilin 15-17 mart tarixlərində Bakı şəhərində keçirilən “Hünər” IX Vətənpərvərlik Mahnıları Festivalında Xocavənd rayonunu təmsil edən gənc mahnı ifaçısı isə V yerin sahibi olmuşdur.
2014-cü ilin I rübü ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. İnsanların cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, yeniyetmələrin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar Ümumxalq hüzn gününün, Xocavənd şəhidlərinin anım və Qaradağlı kəndinin işğalı günü, Xocalı və 31 Mart soyqırımlarının ildönümlərinə həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı və bədii qiraət üzrə müsabiqələr keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
18 yanavar 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində “Ədalət” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist, şair, publisist Əbülfət Mədətoğlunun 55 illlik yubileyinə həsr olunmuş tədbir keçirilmiş və yubiley tədbirində Milli Məclisin deputatı Aydın Mirzəzadə, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, yazıçı Elçin Hüseynbəyli və digər ziyalılar iştirak etmişdir.
21 fevral tarixində isə Qaradağlı faciəsinin və Xocalı soyqırımının törədilməsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCIYA) və “Karabakh İNFO.com” beynəlxalq elektron jurnalının əməkdaşlarının iştirakı ilə "Qarabağa doğru" yürüş aksiyası keçirilmişdir.
Novruz bayramı münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini İşlər üzrə Komissiya hesabat dövrü ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində heç bir radikal dini cərəyan, vəhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 711 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 338 nəfərini qadınlar, 338 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən ictimai-siyasi tədbirlərdə Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanuna əsasən 2014-cü ilin I rübü ərzində Respublikanın ərazi bütövlüyünün qorunması, rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmişdir.
2014-cü ilin birinci rübü ərzində həqiqi-hərbi xidmətə çağırış yaşlı gənclərin sayı 31 nəfər (2013-cü ilin I rübü 18 nəfər ) olmuşdur. O cümlədən, onlardan həqiqi hərbi xidmətə göndərilənlər 9 nəfər (2013-cü ilin I rübü 8 nəfər), təhsilə görə möhlət hüququ olanlar 15 nəfər (2013-cü ilin I rübü 10 nəfər), əlavə tibbi müayinəyə göndərilənlər 7 nəfər təşkil etmiş, xarici ölkədə olan çağırış yaşlı gənc isə olmamışdır.
Prokurorluq, Polis Şöbəsi, Məhkəmə və digər dövlət qurumları ilə işgüzar əlaqələrin yaranmasının nəticəsində rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki dövrlərdə olduğu kimi 2014-cü ilin I rübü ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir.
2014-cü ilin birinci rübü ərzində yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyəsi, təhsili, istirahət vaxtının səmərəli keçirilməsinə nəzarət məqsədi ilə rayonun məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində müntəzəm olaraq görüşlər keçirmişdir. Keçirilən görüşlər zamanı yetkinlik yaşına çatmayanlara sağlam həyat tərzinin təbliği, zərərli maddələrdən sui-istifadə, tütün məmulatları və spirtli içkilərdən istifadənin zərərləri, narkomaniya və yeniyetmələrin mənəviyyatına xələl gətirən bir çox mənfi hallar, insan hüquqları, o cümlədən, qadın hüquqları, insan alveri və reproduktiv sağlamlıq barədə geniş məlumat verilmişdir.
Cari ilin birinci rübündə azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq rayonda azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat dövrü ərzində Polis Şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən 350 nəfər rayon sakininə şəxsiyyət vəsiqəsi verilməsi təmin edilmişdir. Onlardan 134 nəfər 16 yaşa çatmamış, 97 nəfər 16 yaşa çatması ilə əlaqədar, 54 nəfər 25 yaşla əlaqədar, 47 nəfər 35 yaşla əlaqədar, 18 nəfər isə 50 yaş tamam olması ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Vətəndaş müraciətlərinə baxılması, səyyar qəbulların təşkili barədə
2014-cü ilin birinci rübü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Aparatı öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-yə uyğun quraraq bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Belə ki, 2014-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
Mövcud təlimatın tələblərinə uyğun olaraq İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbulu günlərinin qrafikini tərtib və təsdiq etdirərək aidiyyəti şöbələrə çatdırmış, hər bir şöbədə qəbul barədə xüsusi kitabın açılması, qəbula gələnlərin xüsusi qeydiyyatın aparılması, işlərin nomenklaturası hazırlanmış və buna uyğun qovluqların təşkili təmin edilmişdir.
Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəkildə məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 24 nəfər(2012-ci ildə 20 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 193 nəfər(2012-ci ildə 213 nəfər) (Aqrar məsələlər üzrə şöbə-25, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-35,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-18,Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-77, Hüquq şöbəsi-22, Memarlıq və tikinti şöbəsi-16) rayon sakinləri qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilərək müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 6-sı (25 %) işlə təmin olunma, 2-si (8,3 %) kənd təsərrüfat məsələləri, 7-si (29,1 %) mənzil məsələləri, 4-ü(16,7 %) ünvanlı sosial yardım, 1-i( 4,2 %) maddi köməklik, 4-ü (16,7 %) nəfəri isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmiş və qaldırılmış problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, birinci rüb ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və vətəndaşlara qanuna müvafiq qaydada cavablar verilmişdir. Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 10 rayonda 12 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 326 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 22 məsələ barədə müraciətlər olunmuşdur.
Kollektiv formada 2 müraciət(4 nəfər tərəfindən), fərdi qaydada 13 müraciətlə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış,7 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Yerli icra hakimiyyəti orqanları qarşısında qaldırılmış 15 ( yemək xərci müavinəti məsələləri ilə bağlı 5, məcburi köckünlük məsələləri ilə bağlı 4) məsələ öz müsbət həllini tapmış, Respublikanın müxtəlif ərazilərində məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulmuş qəsəbələrdə evlə təmin olunma ilə bağlı 6 məsələ ilə bağlı aidiyyəti şöbələr tərəfindən izahat işləri aparılmışdır.
İcrası rayon təşkilatlarına tapşırılmış 7 ( ünvanlı sosial müavinət alınmasına köməklik barədə 2, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə köməkliklə bağlı 2, hərbi qeydiyyata alınma ilə bağlı 3) müraciət öz müsbət həllini tapmışdır.
Səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 54,5 %-i öz müsbət həllini tapmış, 45,5%-i barədə isə izahat işləri aparılaraq müvafiq tədbirlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti başçısının birinci rüb ərzində yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə araşdırılaraq nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar RİAİS sistemi ilə mərkəzi serverə göndərilmişdir.
2013-cü ilin birinci rübü ərzində İcra Hakimiyyəti Aparatına 90 vətəndaş müraciəti daxil olmuşdursa, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 51(bunlardan 5-i təşkilat daxili müraciətlərdir) olmuşdur. Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edir ki, onlardan 13-ü (25,5%) (2013-cü ildə 12-si) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 5-i (9,8%) (2013-cü ildə 7-si) Nazirlər Kabinetindən, 6 -sı (11,8%) (2013-cü ildə 7-si) Mərkəzi İcra orqanlardan və digər rayonlardan, 27-si (52,9%) (2013-cü ildə 64-ü) isə birbaşa Xocavənd Rayonu İcra Hakimiyyəti Aparatına daxil olan müraciətlərdir.
Müraciətlərin 3-ü (5,9%) kənd təsərrüfatı, 9-u (17,6%) təhsil məsələləri, 1-i (2,0%) mədəniyyət məsələləri, 19-u (37,3%) əmək və əhalinin sosial müdafiəsi, 9-u (17,6%) mənzil məsələlri, 6-sı (11,8%) ailə və məişət, 4-ü (7,8%) isə bu və ya digər məsələlərlə bağlı olmuşdur.
2014-ci ilin birinci rübü ərzində Rayon İcra Hakimiyyəti Aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) iki müraciət daxil olmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərin 72,5 faizini(37) ərizələr, 27,5 faizini(14) şikayətlər(2013-cü ilin müvafiq dövrü ərzində müraciətlərin 86,7 faizini(78)ərizələr, 13,3 faizini (12) şikayətlər təşkil etmişdir ki, bu müraciətlərdən 35,3 faizi (18 müraciət) müsbət həll edilmiş, 7,8 faizi (4 müraciət) qismən həll edilmiş, 29,4 faizi (15 müraciət) müvafiq izahat işləri aparılmış, 15,7 faizi (8 müraciət) əsassız sayılmış, 11,8 faizi (6 müraciət) icradadır. Göründüyü kimi 2013-cü ilin birinci rübü ilə müqayisədə 2014-cü ilin müvafiq dövründə müraciətlərin sayı 43.0 faiz azalmışdır.
Rübün sonunda səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası, həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və görülmüş işlərlə bağlı İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 26.02.2014-cü il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri ” ilə bağlı hesabat və təhlil xarakterli yazısından irəli gələn vəzifələr və 2013-cü il ərzində Xocavənd RİHB Aparatına, qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə və 31.03. 2014-cu il tarixli 07 saylı Şura yığıncağında isə “Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar qəbulların təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti barədə” məsələlər müzakirəyə çıxarılaraq mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
2014-cü ilin birinci rübü ərzində Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 93 xidməti sənəd daxil olmuşdur ki, bunlardan 4-ü Azərbaycan Respublikasının qanunları, 9-u Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, 1-i Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin sərəncamları, 9-u Prezident Administrasiyasından daxil olmuş xidməti sənədlər, 12-si Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, 23-ü Nazirlər Kabinetindən daxil olan xidməti sənədlər, 30-u Respublikanın Mərkəzi İcra orqanlarından və təşkilatlarından daxil olmuş xidməti sənədlər, 5-i rayonun idarə, müəssisə və təşkilatlarından daxil olmuş xidməti sənədlərdir. Daxil olmuş xidməti sənədlər “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçılarının aparatında sənədlərlə iş barədə təlimat”a uyğun olaraq icra edilmiş, görülmüş işlərlə bağlı İcra Hakimiyyəti başçısına mütəmadi olaraq məlumat verilmişdir.
Birinci rüb ərzində Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 24 sərəncam və 32 əmr verilmişdir. İcra Hakimiyyəti başçısının sərəncam və əmrləri Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və onların qəbul etdiyi normativ aktlara uyğun olaraq hazırlanmış və icrasına nəzarət olunmuşdur. Bu sərəncamlardan 2-si hesabat yığıncağından irəli gələn məsələlər, 3-ü dövlət proqramının icrası, 2-si mənzil məsələləri, 6-sı mədəni kütləvi tədbirlər, 2-si mükafatlandırma, 1-i hərbi çağırış, 4-ü kənd təsərrüfatı məsələləri, 4-ü isə digər məsələlərlə bağlı verilmiş sərəncamlardır. Verilmiş sərəncamların icrasına aidiyyəti şöbələr tərəfindən nəzarət olunmuş, icranın nəticəsi ilə bağlı İcra Hakimiyyəti Başçısının adına arayış tərtib edilmişdir.
Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2014-cü ilin birinci rübü ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 11 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 13 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Həmçinin 26.02.2014-cü il tarixdə rayon Mədəniyyət evində səyyar formada keçirilən Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri ” ilə bağlı hesabat və təhlil xarakterli yazısından irəli gələn vəzifələr və 2013-cü il ərzində Xocavənd RİHB Aparatına, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə məsələ ictimayyətin iştirakı ilə geniş formada müzakirə edilmişdir. Ötən rüb ərzində müxtəlif mövzularda 14 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 4296 nəfər iştirak etmiş, keçirilmiş tədbirlər təlimata uyğun olaraq protokollarla rəsmiləşdirilmişdir.
Xocavənd rayonunun Azərbaycanlı əhalisi 01 aprel 2014-cü il tarixə 2949 ailə oımaqla 11643 (2013-cü lin birinci rübündə 11394) nəfər təşkil edir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə rayon əhalisinin sayı təxminən 2,3 % (249 nəfər) artmışdır. Rayonun ərazisi işğal altında olduğu üçün soydaşlarımız müvəqqəti olaraq Respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Rayon əhalisi əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd“, “Yeni Tuğ”, “Xocavənd” və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar. O, cümlədən Beyləqan rayonu ərazisində 1195 ailə 4661 nəfər, Ağcabədi rayonu ərazisində 519 ailə 2067 nəfər, Sumqayıt şəhəri üzrə 110 ailə 454 nəfər, Bakı şəhərinin rayonları üzrə 849 ailə 3250 nəfər və Respublikanın digər şəhər və rayonlarında 276 ailə 1211 nəfərdir. 157 nəfər rayon sakini müvəqqəti olaraq xarici ölkələrdə yaşayırlar (2013-cü ilin birinci rübündə 153).
2014-cü ilin birinci rübü ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 43 (2013-ci ilin birinci rübü ərzində 44), vəfat edən vətəndaşların sayı isə 14 (2013-ci ilin birinci rübü ərzində 16) nəfər olmuşdur. Əhalinin təbii artımı 29 nəfər (2013-cü lin birinci rübündə 28) təşkil edir. Rüb ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 60 (2013-ci ilin birinci rübü ərzində 60) nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 13(2013-cü ilin birinci rübü ərzində 27) nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 47 nəfər olmuşdur. 2014-cü ilin birinci rübü ərzində Xocavənd rayonu üzrə 3 (2013-cü ilin birinci rübü ərzində 8) ailə arasında rəsmi nigah bağlanmış və 3 (2013-cü ilin birinci rübü ərzində 6) nigahın pozulması faktı qeydə alınmışdır. Nigahların pozulması faktları sosial və ailədaxili problemlər nəticəsində baş vermişdir.
2013-cü ilin I rübü ərzində informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan zəruri məlumatlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir. Rüb ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2014-cü ilin I rübünün yekunlarına dair aylıq və rüblük hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır.
Bundan əlavə olaraq Azərbaycan Respublikiası Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən göndərilmiş M02-M45 şablon formalar üzrə 2003-2013-cü illəri əhatə edən statistik məlumatlar toplanaraq Rayon Statistika İdarəsinin bazasında olan məlumatlarla müqayisə edilmiş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri ilə birlikdə təhlil edildikdən sonra Prezident Administrasiyasının Analitik sektoruna göndərilməsi təmin edilmişdir.
İnformasiyaların toplanması və təhlili istiqamətində görülmüş işlərin vəziyyəti barədə görülmüş müsbət işlərlə bərabər bəzi çatışmazlıqlar da mövcuddur. Belə ki, rayon üzrə toplanmış məlumatların bəzi şöbələr tərəfindən sahələr üzrə təhlil olunması sahəsindəki işlər hələ də günün tələbləri səviyyəsində deyildir. Məlumatların vaxtlı-vaxtında göndərilməsi ilə bərabər təhlil edilməsi, məlumatların toplanmasında təyin edilmiş vaxtdan daha əvvəl verilməsini vacib edir. Məlumatların və formaların təyin edilmiş müddətdə göndərilməsində gecikmələrin və verilən məlumatlara məsuliyyətsiz yanaşmanın mövcudluğu halları işimizin yüksək səviyyədə qurulmasına mane olan amillərdəndir. Qazanılmış müsbət tendensiya davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha yaxşı qurulması üçün mütəmadi qaydada tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.
Xocavənd rayon ictimaiyyəti 2014-cü ilin birinci rübü ərzində Respublikamızda qarşıya qoyulan vəzifələri, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də ölkə daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla yanaşı bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun zəhmətkeş, əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.
Xocavənd sakinləri bundan sonrada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.