Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bakı şəhəri Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirilmişdir.

10 mart 2022 | 16:00

    Növbəti səyyar qəbul Bakı şəhəri Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirilmişdir.
   Martın 10-da Xocavənd  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  növbəti görüşünü Bakı şəhəri Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirmişdir.   Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat vermişdir. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.

Keçidlər