Şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
10 aprel 2022 | 16:00
Şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə aprelin 10-da Xocavənd rayonundan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib. Müayinələr Xocavənd qəsəbəsində yerləşən Xocavənd Rayon Mərkəzi Xəstəxanasınında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.