Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir.

09 aprel 2022 | 16:00

      Sumqayıt şəhərində  məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir.
     8 aprel 2022-ci il tarixdə Abşeron rayon Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir. Qəbulda  İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayonu və Sumqayıtda  məskunlaşan xocavəndli məcburi köçkünlər  iştirak ediblər.
    Rayon  İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  görüş iştirakçılarını salamladıqdan sonra son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, buna baxmayaraq, həmin müddətdə sakinlərin istək və tələblərini nəzərə alaraq, onlarla fərdi qaydada qəbullar keçirildiyini bildirib. 2022-ci ilin martın 1-dən etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı sakinlərin mütəmadi olaraq Respublikanın müxtəlif ərazilərində  təşkil olunacaq səyyar görüşlərlə bağlı məlumatlandırılacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
     Sonra Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
    Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər